10.04.2021 12:45
660
Siyasət
A
"Avropalı Gürcüstan"ın liderləri istefa verdi - SƏBƏB?
Müxalif "Avropalı Gürcüstan" partiyasının liderləri Davit Bakradze və Qiqi Uqulava partiyadan ayrıldığını bildirib. Aktual.ge xəbər verir ki, Davit Bakradze partiyanın sədrliyindən istefa verməsi ilə yanaşı bu mərhələdə heç bir partiyaya qoşulmayacağınıda sosial şəbəkədə bildirib: "Hökumətin 2020-ci il parlament seçkilərini kobud və açıq şəkildə saxtalaşdırmasına baxmayaraq, "Avropalı Gürcüstan"ın göstərdiyi nəticələr arzuolunan deyildi - əvvəlki seçkilərə nisbətən səs sayında əhəmiyyətli dərəcədə azalma və böyük şəhərlərdə (ilk növbədə Tbilisidə) göstərilən son dərəcə zəif nəticələr əldə edildi. Liderlik komandasının tamamilə yenidən qurulması, yeni simaların meydana çıxması və digər partiyalarla yeni siyasi konfiqurasiyaların daxil edilməsi kimi əsaslı yeniliklər və islahatlar lazımdır. Bu səbəbdən sədr olaraq qalmamaq qərarını verdim və beləliklə partiyada yeni liderlərin yaranmasına yol açdım". "Avropalı Gürcüstan"ın digər liderlərindən biri Qiqi Uqulava isə sosial şəbəkədə partiyadan ayrığını qeyd edib: "Bu gün baş tutacaq 'Avropalı Gürcüstan' Konqresində olmayacağam - partiyanı tərk etdim. 2020 seçkilərinin tamamilə saxtalaşdırılmasına baxmayaraq, bu seçkilər partiya üçün uğursuz oldu".
ŞƏRH YAZ
11