Ölkədə əlavə məhdudiyyətlər tətbiq ediləcəkmi? - Mərkəz rəhbəri aydınlıq gətirdi
13.04.2021 10:30
448
Sağlamlıq
A
Ölkədə əlavə məhdudiyyətlər tətbiq ediləcəkmi? - Mərkəz rəhbəri aydınlıq gətirdi
“Ölkədə hər hansı əlavə məhdudiyyətlərin tətbiq edilməsindən hələ ki, söhbət getmir”. Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib. Onun sözlərinə görə, Koordinasiya Şurası əlavə məhdudiyyətlərə ehtiyac olub-olmadığını bir neçə göstəriciyə əsasən müəyyənləşdirəcək. "Əvvəlki Koordinasiya Şurasında müzakirə keçirildi və şura bu mərhələdə heç bir kilidlənmənin müzakirə edilməməsinə qərar verdi. Dövlət bu mərhələdə ölkədə mövcud olan müəyyən tövsiyə və məhdudiyyətlərə nəzarəti sərtləşdirəcək. Bunu bir tərəfdən ictimaiyyət, digər tərəfdən nəzarət xidmətləri yaxşı yerinə yetirsək, onda əlavə məhdudiyyətlərə ehtiyac olmayacaq. Ölkəmiz üçün əlavə sərt məhdudiyyətlərin nəyə zərər verəcəyini hamımız yaxşı bilirik. Bu səbəbdən həmrəy olmalıyıq Dövlət, həkimlər və xalq, hamı birlikdə, aprel və may aylarını təxminən gündəlik 1000 yeni yoluxma ilə keçirməliyik. Səhiyyə sektorumuz bunu çox yaxşı idarə edir. Əgər bunu hamımız birlikdə bacarsaq, onda iyun və iyul aylarına nisbətən dinc girəcəyik, ölkədə əlavə məhdudiyyətlərin tətbiq edilməsi lazım olmayacaq. Əksinə iqtisadiyyat daha çox açılacaq, turizm daha çox çalışacaq və ölkənin daha çox gəliri olacaq”, - deyə Qamğrelidze bildirib.
ŞƏRH YAZ
7