İdarələrarası Koordinasiya Şurası vətəndaşlara müraciət edir:
13.04.2021 14:40
988
Sağlamlıq
A
İdarələrarası Koordinasiya Şurası vətəndaşlara müraciət edir: "Toylar və digər məclislər...
Bu gün, Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə İdarələrarası Koordinasiya Şurası mürəkkəb epidemioloji vəziyyəti və icraya ciddi nəzarətin vacibliyini müzakirə etmək üçün video konfrans keçirilib. Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası tərəfindən məlumat yayılıb. "Koordinasiya Şurası bir daha vətəndaşları maskalardan düzgün istifadə etməyə, sosial məsafəni qorumağa və hökumətin qərarı ilə icazə verilməyən izdihamlı məclis və ictimai tədbirlərin təşkil edilməməsinə çağırır. Eyni zamanda, məlum olduğu kimi, sosial tədbirlər (məsələn, toylar, hər hansı bir yubiley və ya şənliklər və s.) və kütləvi əyləncə tədbirləri üçün icarəyə yer vermək qadağandır. Bu məhdudiyyətin pozulması qanun çərçivəsində məsuliyyətə səbəb olacaq. Hökümət başçısının göstərişi ilə əlaqədar müvafiq idarələr, virusun yayılmasının qarşısının alınmasına yönəlmiş bütün qaydaların icrasını daha ciddi şəkildə izləyəcəklər. İclasda ölkədə davam edən peyvənd prosesinin daha da gücləndirilməsinin və genişləndirilməsinin vacibliyi də müzakirə edildi. Baş nazirin tapşırığı və birbaşa iştirakı ilə sıx danışıqlar aparılır və nəticədə ölkə yaxın gələcəkdə yeni dozada peyvənd alacaq", - deyə məlumatda bildirilir.
ŞƏRH YAZ
5