"15 apreldə "Bağlanma" olacaqmı?" sualına Amiran Qamğrelidze aydınlıq gətirdi
"15 aprel tarixindən etibarən "bağlanma"nın elan ediləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir".
Aktual.ge xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bu sözlərlə 15 aprel tarixində ölkədə "bağlanma"nın elan ediləcəyi barədə yayılan məlumatları təkzib edib.
Qamğrelidzenin sözlərinə görə, belə məlumatların harada yayıldığını bilmir.
"Məlumatların və ya tarixin harada yayıldığını bilmirəm. Hazırki mərhələdə hər hansı böyük bir kilidlənmədən danışmırıq. Söhbət epidemiya vəziyyətinin getdikcə pisləşdiyini cəmiyyətə çatdırmaqdan gedir. Buna görə hamımız bu gün tətbiq edilən qaydalara riayət etməliyik", - deyə Amiran Qamğrelidze bildirib.