Qorxulan oldu - Təkrar yoluxmalar artır
13.04.2021 18:16
583
Sağlamlıq
A
Qorxulan oldu - Təkrar yoluxmalar artır
“Koronavirusun mutasiyaya uğraması səbəbindən Gürcüstanda təkrar yoluxma halları tədricən artır”. Aktual.ge xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. O, Gürcüstanda epidemioloji vəziyyətin getdikcə pisləşdiyini bildirib: “Ölkədə təxminən 8 min aktiv xəstə var. Yanvar ayından bu günədək sutkalıq yoluxma sayı mini ötməyib. Son göstərici böyük narahatlıq doğurur”. Qeyd edək ki, ötən sutkada ölkədə COVID-19-a 1 374 yeni yoluxma faktı təsdiqlənib.
ŞƏRH YAZ
6