İqtidar liderinin ABŞ-dakı görüşləri başlayır - Kimlərlə görüşəcək?
13.04.2021 19:28
281
Siyasət
A
İqtidar liderinin ABŞ-dakı görüşləri başlayır - Kimlərlə görüşəcək?
ABŞ-da hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidzenin səfəri başlayır. "Gürcü Arzusu" partiyasının mətbuat xidmətindən Aktual.ge-yə verilən məlumata görə, bu gün yerli vaxtla saat 15:00-da İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti senator Jim Riş ilə görüşəcək. Verilən məlumata əsasən, görüşə hakim partiyanın beynəlxalq katibi Kaxaber Kuçava, parlamentdə "Gürcü Arzusu" fraksiyasının sədr müavini İrakli Çikovani və Gürcüstanın ABŞ-dakı səfiri Davit Bakradze qatılacaq. "Hakim partiyanın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri aprelin 16-dək davam edəcək. Nümayəndə heyəti konqresmenlər, senatorlar, Dövlət Departamentinin və Ağ Evin yüksək vəzifəli şəxsləri ilə yanaşı Amerika Düşüncə Mərkəzlərinin rəhbərləri ilə də görüşlər keçirəcək”, - verilən məlumatda deyilir.
ŞƏRH YAZ
5