SON DƏQİQƏ! Çox sayda deputat
14.04.2021 12:13
686
Siyasət
A
SON DƏQİQƏ! Çox sayda deputat "Gürcü Arzusu"nu tərk etdi
Gürcüstan parlamentinin deputatları - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Mixeil Dauşvili və Şalva Kereselidze hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər. Aktual.ge xəbər verir ki, bunu G.Xocevanişvili az əvvəl keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, 6 nəfər bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq. Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır. Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. 46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib. O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.
ŞƏRH YAZ
3