Az əvvəl bildirildi - Qaxaria yeni partiya qurur
"Hər biriniz Giorgi Qaxarianın komandası olduğumuzu çox yaxşı bilirsiniz. Həmfikir və ortaq dəyərləri paylaşırıq. Qaxaria ilə ortaq qərarla partiya quruculuğunun yeni mərhələsinə keçirik. Biz 'Gürcü Arzusu'nu tərk edirik və müstəqil millət vəkili olaraq parlamentdə işimizi davam etdirəcəyik" dedi Giorgi Xocevanişvili.
Aktual.ge xəbər verir ki, bunu az əvvəl hakim "Gürcü Arzusu"ndan ayrılan 6 millət vəkilindən Giorgi Xocevanişvili parlamentdə keçirdikləri brifinqdə bildirib.
Qeyd edək ki, 14 aprel tarixində 6 millət vəkili - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Mixeil Dauşvili və Şalva Kereselidze "Gürcü Arzusu" sıralarını tərk edib.