Arçil Talakvadze deputatların istefası barədə:
14.04.2021 12:54
421
Siyasət
A
Arçil Talakvadze deputatların istefası barədə: "Səhv qərardır, Qaxariya şəxsi maraqları ilə rəhbərlik edib"
"Bu çox səhv qərardır". Aktual.ge xəbər verir ki, bu sözlərlə Parlament sədri Arçil Talakvadze 6 millət vəkilinin "Gürcü Arzusu"ndan getməsinə münasiəbt bildirib. "Bu səhv bir qərardır və Giorgi Qaxarianın komanda ilə münasibətlərində göstərdiyi uyğunsuz münasibət bu gün bir daha təsdiqləndi. Təəssüf ki, həmkarlarımız cəmiyyətə birlikdə verdiyimiz dövlət maraqları və şərtləri əvəzinə şəxsi münasibətləri seçirlər. Hansı siyasi partiyanı quracaqlarını görəcəyik. Bunun səhv qərar olduğunu düşünürəm. Ölkədəki problemlərdən danışarkən, komanda məsuliyyətinə işarə etmək və öz məsuliyyətlərindən azad olmaq yolverilməzdir. Belə bir hərəkət əsassızdır. "Gürcü Arzusu" parlamentdə qəti çoxluğa sahib olacaq. Qaxarianın partiyadan çıxarkən şəxsi maraqlarını rəhbər tutduğu bir daha təsdiqləndi. Birlikdə işləmək ən çox ehtiyac duyulduğunda əvvəlcə özü, sonra isə dostları komandadan ayrıldı", - deyə Talakvadze bildirib..
ŞƏRH YAZ
0