Daha bir sima
14.04.2021 21:08
296
Siyasət
A
Daha bir sima "Avropalı Gürcüstan"ı tərk etdi
İrakli Kiknavelidze müxalif "Avropalı Gürcüstan" partiyasından ayrılıb. Aktual.ge xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, "Avropalı Gürcüstan" azadlığı, Qərb seçimini və liberal demokratiyanı qorumaqda ən güclü və ən ardıcıl səs idi və bu şəkildə qalacağına inanıram. "Həyatın yeni mərhələsinə keçməyin vaxtı gəldi",-deyən İ.Kiknavelidze qeyd edib ki, partiyadan ayrılmağı çoxdan düşünürdüm. Xatırladaq ki, 10 aprel tarixində müxalf "Avropalı Gürcüstan" partiyasının liderləri Davit Bakradze və Qiqi Uqulava ayrılıb. Bundan sonra isə sözügedən partiyadan bir sıra aparıcı simalar ayrılıb.
ŞƏRH YAZ
5