Nazir
15.04.2021 00:47
600
Siyasət
A
Nazir "Gürcü Arzusu"nun üzvləri ilə "Komendant saatı" vaxtı restoranda...
Bu gün Ozurgeti Teatrı truppası ilə görüşən Gürcüstanın Mədəniyyət naziri, "Komendant saatı" vaxtı Ozurgetinin keçmiş bələdiyyə sədri Beqi Sioridzenin otelindəki "Ozurgeti Plaza" restoranında axşam yeməyinə əyləşib. Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, T.Tsulukiani bir neçə saat çöldə gözləyən jurnalistlərlə görüşmədən ayrılıb. Mediaya bildirilib ki, nazir qısa müddətdən sonra şəhərdən ayrılıb. Ancaq məlum olub ki, T.Tsulukiani hələ də Ozurgetidədir və yerli hökumət nümayəndələri ilə sözügedən otelin restoranında şam yeməyinə əyləşib. Jurnalistlər hələ də nazirin şərhini gözləyən otelin yaxınlığındadır. Qeyd edək ki, Gürcüstanda koronavirusla mübarizə çərçivəsində 2020-ci ilin 28 noyabr tarixindən saat 21:00-dən 05:00-ə qədər "Komendant saatı" tətbiq edilib.
ŞƏRH YAZ
11