Bayden dəstəyi götürüb Putinə zəng elədi və... - Blinken
15.04.2021 01:28
394
Dünya
A
Bayden dəstəyi götürüb Putinə zəng elədi və... - Blinken
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə qarşıdakı həftələrdə görüşməyi təklif etdi. Aktual.ge xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərə üstünlük verərdik. Bu da öz növbəsində fikirlərimiz, siyasətimiz, Rusiyanın hərəkətlərinə etirazlarımız barədə dəqiq danışa bilmək üçün açıq kommunikasiya xətləri tələb edir. Bu, səhv hesablamaların qarşısını almaq üçün vacibdir. Bunu dünən də gördünüz, Prezident Bayden dəstəyi götürüb Putinə zəng elədi və qarşıdakı həftələrdə görüşməyi təklif etdi”, - Blinken bildirib.
ŞƏRH YAZ
0