SON DƏQİQƏ!
16.04.2021 14:21
463
Kriminal
A
SON DƏQİQƏ! "Bank of Georgia"ya daxil olan silahlı şəxs saxlanıldı - DETALLAR
Bir neçə dəqiqə əvvəl "Bank of Georgia"nın Avlabari filialına daxil olan silahlı şəxs saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi Patrul polisi Departamentinin sədri Vaja Siradze bəyan edib. O, bildirib ki, girovların səhhətində hər hansı bir problem yoxdur. Silahlı şəxsin saxlanılmasına Tbilisi Polis Departamentinin direktoru Şalva Bedoidze müvəffəq olub. Mövcud məlumata əsasən, silahlı şəxs Zuqdididəndir və Tbilisiyə məhz Zuqdididən gəlib. Odlu silahı isə ətrafdakı silah maqazinlərindən birindən nisyə və ya nəğd pulla alıb.
ŞƏRH YAZ
2