Avropada yeni Super Liqa yarandı, UEFA dağılır?
19.04.2021 12:40
302
İdman
A
Avropada yeni Super Liqa yarandı, UEFA dağılır?
Avropanın on iki futbol klubu Super Liqanın yaradıldığını bəyan ediblər. Aktual.ge bu barədə “AFP” təşkilatın press-relizinə istinadən xəbər verir. Qərarı “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus” futbol klubları qəbul edib. Bundan əlavə qərar Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) etirazına səbəb olub. Qeyd olunub ki, qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq. Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb. UEFA yeni layihədə iştirak etməkdən imtina edən klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkür edib.
ŞƏRH YAZ
0