Üç şəhər AVRO-2020-dən məhrum edilə bilər
20.04.2021 00:52
254
İdman
A
Üç şəhər AVRO-2020-dən məhrum edilə bilər
Münhen, Bilbao və Dublin futbol üzrə Avropa Çempionatı oyunlarının təşkili hüququndan məhrum edilə bilər. Aktual.ge Sports-a istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin bildirib. O, əlavə edib ki, məsələ ilə bağlı yekun qərar cumə günü qəbul ediləcək. Qeyd edək ki, AVRO-2020-nin 12 şəhərdə keçirilməsi nəzərdə tutulub. Lakin üç şəhər koronavirus pandemiyası səbəbindən stadionlara izləyicilərin buraxılması ilə bağlı UEFA-ya təminat verə bilməyib.
ŞƏRH YAZ
0