Kateqoriyalar
Fransanın Strasburq şəhərində terrorda şübhəli bilinən Gürcüstan və Rusiya vətəndaşları saxlanılıbar.
Aktual.ge xəbər verir ki, məlumat yerli KİV-lər tərəfindən Fransa hüquq-mühafizə sistemindəki mənbələrə əsaslanaraq yayılıb.
Terrorizmi maliyyələşdirməkdə şübhəli bilinən ümumilikdə yeddi nəfər həbs olunub.
AFP-nin verdiyi məlumata görə, saxlanılan şəxslərdən altısı Rusiyadan, bir nəfər isə Gürcüstandandır.
Məlumatda bildirilir ki, saxlanılan şəxslərin çeçen cəmiyyətləri ilə əlaqələri var.