Parlament təsdiqlədi - Bu qanun sərtləşdirilir
28.04.2021 16:07
513
Kriminal
A
Parlament təsdiqlədi - Bu qanun sərtləşdirilir

Gürcüstan parlamenti ilk oxunuşda, 76 səslə, xırda xuliqanlıq və qanun icraçısının tələbinə tabe olmamaq üçün inzibati məsuliyyətin sərtləşdirilməsini qanun layihəsini təsdiqləyib.

Aktual.ge xəbər verir ki, 28 aprel tarixində qanunverici orqanda təsdiq olunan qanun layihəsini İki millət vəkili əleyhinə səs verib.

Belə ki, parlament çoxluğu deputatları tərəfindən hazırlanan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi plenar iclasda sürətləndirilmiş qaydada nəzərdən keçirilib və birinci oxunuşda qəbul edilib.

Parlamentin Hüquq İşləri Komitəsinin sədri Anri Oxranaşvilinin sözlərinə görə, Parlamentə təqdim olunan qanun layihəsi konkret şəxslərə nisbətli, ədalətli və mütənasib bir yanaşma təsbit edir.

O qeyd edib ki, ilk dəfə kiçik xuliqanlıq hərəkəti edən şəxs yüngül şəkildə cəzalandırılacaq, təkrar və ya dəfələrlə belə bir inzibati xəta törədən isə daha ciddi məsuliyyətə məruz qalacaq.

Belə ki, təsdiq olunmuş qanun layihəsinə görə, xırda xuliqanlıq, habelə hüquq-mühafizə orqanlarının əməkdaşının tələbinə tabe olmamaq və ya bu şəxsi təhqir etmək üçün inzibati məsuliyyət sərtləşdirilir.

Layihəyə görə, xırda xuliqanlıqda təqsirli bilinən şəxs tərəfindən eyni inzibati xətanın təkrar törədilməsi 1500-dən 2000 GEL-ə qədər cərimə və ya 7 gündən 15 günədək inzibati həbslə nəticələnəcəkdir.

ŞƏRH YAZ
2