TİKA-nın dəstəyi ilə Gürcüstanda uşaq dəstək mərkəzi açıldı - FOTOLAR
30.04.2021 01:38
360
Mədəniyyət
A
TİKA-nın dəstəyi ilə Gürcüstanda uşaq dəstək mərkəzi açıldı - FOTOLAR

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TIKA) dəstəyi ilə Batumidəki "İalkani Dərnəyinin" 'Uşaqlar üçün İnternat və Gündüz Evi' uşaq dəstək mərkəzinin açılış mərasimi baş tutub.

Bu barədə Aktual.ge xəbər portalına TİKA Gürcüstan Kordinatorluğundan məlumat verilib. 

Türkiyənin dəstəyi ilə təmir və avadanlıqlarla təchiş olunmuş sözügedən uşaq dəstək mərkəzinin açılış mərasiminə TİKA Tbiilisi Koordinatoru Necla Demirdağ, Türkiyənin Batumidəki Baş Konsulu Rıza Kağan Yılmaz, Acarıstan Muxtar Respublikasının Səhiyyə və Sosial Müdafiə naziri Nino Nijaradze və mərkəzin digər rəsmiləri və çalışanları qatılıb.

Açılış mərasimində çıxış edən Başkonsolos K.Yılmaz, TİKA-nın bu təşkilata verdiyi dəstək Türkiyə və Gürcüstan xalqlarının həmrəyliyi və qardaşlığının yaxşı bir nümunəsi olduğunu qeyd edib: "Dostumuz, qonşumuz və qohumumuz Gürcüstanda TİKA tərəfindən müxtəlif səviyyələrdə 600-dən çox layihə həyata keçirmişdir. Bu layihələr ölkələrimiz arasındakı əlaqələrin gücləndirilməsinə xidmət edir".

Daha sonra çıxış edən N.Demirdağ Gürcüstan bizim ən əhəmiyyətli strateji ortağımız və qardaş ölkəmizdir deyib: "Bu mərkəzdə gələcəkdə çox yaxşı həkimlər, mühəndislər və pilotlar yetişəcək və onların xoşbəxtlikləri bizim üçün çox mühümdür. Türkiyə və TİKA olaraq, dinindən, dilindən, irqindən asılı olmayaraq dünyanın hər yerində bütün uşaqların üzünü güldürmək üçün əlimizdən gələni edirik, bu Türkiyənin ən böyük prinsiplərdən biridir".

Açılış mərasimindən sonra mətbuata açıqlama verən Muxtar Respublikanın Səhiyyə naziri N.Nijaradze 'Uşaqlar üçün İnternat və Gündüz Evi' uşaq dəstək mərkəzinə göstərdiyi dəstək üçün Türkiyəyə təşəkkür edib. O, bu mərkəzin kimsəzi və yetimlərin təhsilinə xidmət edəcəyini bildirib. 

Qeyd edək ki, "İalkani Dərnəyinin" 'Uşaqlar üçün İnternat və Gündüz Evi' uşaq dəstək mərkəzində 150 ​​gürcüstanlı uşaq təhsil alır və 45 uşaq isə internat şagirdi olaraq qalır.

ŞƏRH YAZ
1