Türkiyədən Gürcüstanda MİNLƏRLƏ ehtiyaclı ailəyə yardım ərzaqı — Müftidən AÇIQLAMA
03.05.2021 19:54
1336
Siyasət
A
Türkiyədən Gürcüstanda MİNLƏRLƏ ehtiyaclı ailəyə yardım ərzaqı — Müftidən AÇIQLAMA

Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) "Erenler Sofrasi Ramazan Programı" çərçivəsində Gürcüstanda ehtiyacı olan minlərlə ailəyə ərzaq göndərib.

Aktual.ge-nin xəbərinə görə, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) müftiliyinin təşəbbüs ilə baş tutan xeyriyyə addımı nəticəsində Ramazan ayı münasibətilə ölkə miqyasında minlərlə az təminatlı ailəyə ərzaq yardımı paketləri paylanılıb.

TİKA tərəfindən Gürcüstana göndərilən minlərlə yardım paketi Kvmeo Kartli bölgəsinə, o cümlədən Marneuli rayonuna da paylanılıb.

Qeyd edək ki, Ramazan ayı daxil olandan bəri Türkiyənin müxtəlif qurumları dünyanın bir sıra ölkələrinə, o cümlədən Gürcüstana da üç dəfə ərzaq yardımı göndərib.

Məsələ ilə bağlı Aktual.ge xəbər portalına danışan BGMİ-nin şərqi-Gürcüstan müftisi Etibar Eminov, Ramazan ayında insanlarımızın üzünü güldürən, dost, qardaş dövlət, ölkəmizin stratejik tərəfdaşı Türkiyə Respublikasına təşəkkür edirəm deyib. 

"Belə ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftiliyinin təşəbbüsü ilə Ramazan ayının ilk on günlüyündə Türkiyənin Diyanət İşləri Başqanlığı tərəfindən yardım ərzaqları göndərildi, ardından Diyanət İşləri Türk-İslam Birliyi və indi isə TİKA tərəfindən minlərlə ərzaq yardım paketi gəlib, paylanılıb. Ramazan ayı başlayandan bəri təşəbbüsümüzlə Türkiyədən gələn yardım paketləri ölkənin bütün bölgələrinə, rayonlarına, kəndlərinə paylanılıb. Təbii ki, bizim bu cür təşəbbüslərimiz yenə olacaq. Allah Ramazan günlərinizi, oruc və dualarınızı qəbul etsin",-deyə E.Eminov bildirib.

ŞƏRH YAZ
2