Gürcüstanda COVID-19-a yoluxanların sayı 300 mini ötdü
04.05.2021 10:50
182
Sağlamlıq
A
Gürcüstanda COVID-19-a yoluxanların sayı 300 mini ötdü

Gürcüstanda son sutkada daha 788 nəfərdə koronavirus aşkarlanıb, 1 206 nəfər müalicə olunaraq sağalıb.

Aktual.ge xəbər verir ki, bu barədə ölkənin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, indiyədək ölkədə COVID-19-a yoluxanların sayı 313 742-yə, sağalanların sayı isə 295 458-ə yüksəlib.

Ötən 24 saat ərzində xəstəlikdən 20, ümumilikdə isə 4 183 nəfər vəfat edib.

ŞƏRH YAZ
4