Bu gündən etibarən ölkədə Çin peyvəndi ilə vaksinasiyaya başlanılıb
04.05.2021 11:12
75
Sağlamlıq
A
Bu gündən etibarən ölkədə Çin peyvəndi ilə vaksinasiyaya başlanılıb

Ölkədə koronavirus əleyhinə vaksinasiya prosesinə Çin istehsalı olan “Sinopharm” peyvəndi əlavə olunub.

Aktual.ge xəbər verir ki, preparatın tətbiqi ilə peyvəndlənmə bu gündən 33 tibb müəssisəsində aparılacaq, sabahdan isə 44 müəssisə prosesə əlavə ediləcək.

İlk peyvənd Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidzeyə vurulub.

Çin preparatı ilə vaksinasiyada 18 yaşdan yuxarı şəxslər iştirak edə biləcəklər. 27 aprel tarixindən bu günədək “Sinopharm” vurdurmaq üçün 17 min 613 nəfər qeydiyyatdan keçib.

ŞƏRH YAZ
0