Bill Qeyts 27 illik nikahdan sonra həyat yoldaşından ayrılır
04.05.2021 11:30
143
Dünya
A
Bill Qeyts 27 illik nikahdan sonra həyat yoldaşından ayrılır

“Microsoft”un banisi Bill Qeyts və xanımı Melinda boşandıqlarını elan ediblər.

Aktual.ge xəbər verir ki, bu barədə Bill Qeytsin "Twitter" hesabında xanımı ilə birlikdə yaydığı bəyanatda bildirilir.

"Münasibətimiz barəsində çox düşündükdən və çalışdıqdan sonra evliliyimizə son qoymaq qərarını verdik", - deyə bəyanatda qeyd olunur.

Qeytslər bildiriblər ki, onlar 27 il nikah zamanı üç gözəl uşaq böyüdüblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu yaradıblar.

“Fond üzərində birlikdə çalışmağa davam edəcəyik, amma artıq bir cüt olaraq həyatımızın bu yeni mərhələsində birlikdə yaşaya biləcəyimizə inanmırıq", - deyə Qeyts cütlüyü vurğulayıb.

Boşanmanın maliyyə tərəfi açıqlanmır.

Qeyd edək ki, “Microsoft”un rəhbəri dünayda ən zəngin biznesmenlərin ilk beşliyinə daxildir, onun sərvəti 130 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

ŞƏRH YAZ
0