Nika Melia ilə vəkilləri arasında Rustavi Penitensiar Müəssisəsində görüş baş tutur
04.05.2021 12:15
199
Siyasət
A
Nika Melia ilə vəkilləri arasında Rustavi Penitensiar Müəssisəsində görüş baş tutur

"Vahid Milli Hərəkat"ın ittiham olunan sədri Nika Melia ilə onun vəkilləri Rustavi Cəzaçəkmə Müəssisəsində görüşürlər.

Aktual.ge xəbər verir ki, vəkil Giorgi Kondaxişvilinin müəssisəyə girməmişdən əvvəl bildirib ki, bu Melia ilə adi bir görüşdür.

Vəkilin sözlərinə görə, Melianın işi barədə anlaşılmaz gözləntilər yaranır.

"Bu normal bir görüşdür. Nikanın mövqeyinə gəldikdə isə, hər şey aydındır və yeni bir şey yoxdur. Bsəbəbdən detallar barədə danışa bilmərik. Girov məsələsi də daxil olmaqla bütün məsələlərdə Nikanın mövqeyini hər kəs çox yaxşı bilir. Tətil günü olduğuna görə biz cümə axşamı günündən sonra görüşə bilmədik. Bu vəziyyətdə bəzi gözləntilər var, bu tamamilə anlaşılmazdır, ümumiyyətlə qanunsuz siyasi həbsdə olan dostumuzla görüşməliyik", - deyə Kondaxişvili bildirib.

ŞƏRH YAZ
0