David Şerazadaşvili Gürcüstanın Qırmızı Xaç cəmiyyətinin nümayəndələri ilə görüşüb
04.05.2021 13:17
147
Sağlamlıq
A
David Şerazadaşvili Gürcüstanın Qırmızı Xaç cəmiyyətinin nümayəndələri ilə görüşüb

Bolnisi bələdiyyəsinin meri David Şerazadaşvili Gürcüstanın qırmızı xaç cəmiyyətinin nümayəndələri ilə koronavirusa qarşı peyvəndlə əlaqədar işgüzar görüş keçirib.

Aktual.ge xəbər verir ki, bu barədə Bolnisi meriyası məlumat yayıb.

Məlumata görə, sözügedən görüşdə peyvəndləmə kampaniyasında Qırmızı Xaç cəmiyyətinin cəlb olunması barədə müzakirələr aparılıb. Qırmızı Xaç, Bolnisi bələdiyyəsində və bütünlükdə Kvemo Kartlidə peyvənd olunmaq istəyən vətəndaşlara portalda qeydiyyatdan keçmə prosesində fəal şəkildə kömək edəcək.

“Peyvənd olunmaq istəyən vətəndaşlar Qırmızı Xaç cəmiyyətinin qaynar xəttinə (2 501 105) zəng etdikdən sonra könüllülər onlara qeydiyyatdan keçmə prosesində köməklik edəcəklər.

David Şerazadaşvili Qırmızı Xaç cəmiyyətinin nümayəndələrinə bu prosesə Bolnisi bələdiyyəsi meriyasının da cəlb olunacağına və dəstəyinə dair söz verib”, - deyə məlumatda qeyd edilib.

ŞƏRH YAZ
0