Hökumət, peyvənd olunmuş vətəndaşlara bir sıra güzəştlər təmin edəcək - ƏTRAFLI
04.05.2021 13:28
211
Sağlamlıq
A
Hökumət, peyvənd olunmuş vətəndaşlara bir sıra güzəştlər təmin edəcək - ƏTRAFLI

Koordinasiya Şurasının iclasında tam peyvəndlənmə kursundan sonra veriləcək yaşıl pasportlar barədə müzakirələr aparılıb.

Aktual.ge xəbər verir ki, bunu Koordinasiya Şurasının Əməliyyat Qərargahının Rəhbəri Giorgi Ğibradze deyib.

“ "Yaşıl pasportlar" barədə aktiv işlər gedir. Tam peyvəndlənmə kursu başa çatdıqdan sonra veriləcək yaşıl pasportların hazırlanması yaxın vaxtlarda qurumlararası Koordinasiya Şurasına təqdim ediləcək. Eyni zamanda, şuranın formatı peyvəndlənmənin tam kursunu keçirəcək olanlar üçün müxtəlif növ müavinətlərin yaradılması məsələsini nəzərdən keçirəcək", - deyə Koordinasiya Şurasının Əməliyyat Qərargahının Rəhbəri Giorgi Ğibradze bildirib.

ŞƏRH YAZ
9