Baş epidemioloq: “Gürcüstanda “Hindistan ştammı” qeydə alınmayıb”
04.05.2021 14:04
97
Sağlamlıq
A
Baş epidemioloq: “Gürcüstanda “Hindistan ştammı” qeydə alınmayıb”

“Gürcüstanda indiyədək koronavirusun “Hindistan ştammı”na yoluxma halı qeydə alınmayıb”.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, COVID-19-un mutasiya etmiş növləri ilə bağlı laborator araşdırmalar davam etdirilir.

“Ölkədə indiyədək əsasən “Britaniya ştamm”ları aşkarlanıb”, - deyə Qamkrelidze bildirib.

ŞƏRH YAZ
0