Marneulidə Heydər Əliyevin xatirəsinə güləş turnirinə yekun vuruldu - FOTO
10.05.2021 14:26
414
İdman
A
Marneulidə Heydər Əliyevin xatirəsinə güləş turnirinə yekun vuruldu - FOTO

Gürcüstanda Azəbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə Dostluq turniri başa çatıb.

Aktual.ge xəbər verir ki, Marneulidə yarışın final görüşləri və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Marneuli meri vəzifəsini icra edən Zaur Tabatadze, müavini Kanan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, SOCAR-ın rəsmiləri, güləş federasiyasının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Səfirlik və Gürcüstanın Azərbaycanlı İdmançılar Birliyinin birgə təşkil etdiyi yarışa 20 - 75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılıb.

Turnirin qaliblərinə kubok, medallar, pul mükafatları və sertifikatlar təqdim olunub.

ŞƏRH YAZ
2