Kateqoriyalar
Gecə saatlarında Telavidə baş verən qəzada bir nəfər gənc dünyasını dəyişib.
Aktual.ge xəbər verir ki, İğalto kəndində sürətlə hərəkət edən avtomobilin sürücüsü sükanın idarəsini itirərək ağaca çırpılıb.
Hadisə yerinə təcili yardım əməkdaşları cəlb edilsə də 27 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə əlaqədar istintaq başladılıb.