TİKA, Ramazan ayında
12.05.2021 21:34
393
Mədəniyyət
A
TİKA, Ramazan ayında "Erenler Sofrası" ilə Gürcüstanda daxil 82 ölkədən bir milyona qədər insana dostluq əlini uzatdı - VİDEO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan ayında "Erenler Sofrası" layihəsi çərçivəsində Balkanlardan Orta Asiyaya, Afrikadan Amerikaya, 82 ölkədə təqribən 1 milyon insana qida, gigiyena və isti yeməklər paylayaraq, Türkiyənin dostluq əlini uzatdı.

Aktual.ge xəbər verir ki, bu barədə sözügedən agentliyin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, 5 qitədə təşkil edilən "Erenler Sofrası" proqramları çərçivəsində 137 min ərzaq qutusu, 19 min gigiyena paketləri və 70 min insana isti yemək paylanıldı.

Bildirilib ki, TİKA "Erenler Sofrası" proqramı çərçivəsində dünyadakı ehtiyac sahibi insanlara dil, din və irq anlayışı etmədən öz yardım əlini uzadıb.

Dünyanın bir çox ölkələrinə Ramazan ayı boyunca TİKA tərəfindən edilən ərzaq yardımları Gürcüstan və Azərbaycanada edilib.

Məlumata əsasən, "Erenler Sofrası" proqramı çərçivəsində hazırlanan yardım paketləri başda şəhid və qazi ailələri eləcə də, Qarabağ mühacirləri olmaqla Azərbaycanda 2 500 ailəyə çatdırılıb.

Məlumatda qeyd olunub ki, TİKA Gürcüstanda da ehtiyac sahibi olan 4 min ailəyə 68 ton Ramazan ərzaq paketi paylayıb.

ŞƏRH YAZ
0