Marneulidə, Tbilisidə və Batumidə Ramazan bayramı namazı qılındı - FOTO
13.05.2021 10:39
676
Din
A
Marneulidə, Tbilisidə və Batumidə Ramazan bayramı namazı qılındı - FOTO

Bu gün, 13 may Gürcüstanda müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd edir.

Aktual.ge xəbər verir ki, müsəlmanlar Ramazan ayının bitməsi münasibətilə səhər saatlarında məscidlərə axın edərək bayram namazı qılıb, dualar ediblər.

Belə ki, paytaxt Tbilisidə yerləşən Cümə məscidində, Marneulidə yerləşən Hz.İmam Əli (ə.s) məscidində və Gürcüstanın Acara Muxtar Respublikasının paytaxtı Batumidə yerləşən mərkəzi məsciddə müsəlmanlar çoxluqla Ramazan bayramı namazını qılıb ardından isə bir-birlərini təbrik ediblər. 

Qeyd edək ki, Tbilisidə və Batumidə yerləşən məsciddə çoxluq olduğundan dolayı insanlar məsciddə yerləşə bilməyib və beləliklə ətrafındakı ərazidə namazlarını qılıb, dualar ediblər.

ŞƏRH YAZ
0