BGMİ müsəlmanların Ramazan bayramını təbrik edir
13.05.2021 12:33
115
Din
A
BGMİ müsəlmanların Ramazan bayramını təbrik edir

"Bu gün, Tbilisi, Batumi və Gürcüstanda fəaliyyət göstərən bütün məscidlərdə Ramazan bayram namazı qılındı".

Bu barədə Aktual.ge xəbər portalına Bütün Gürcüstan Müsəlmanları İdarəsindən (BGMİ) məlumat verilib.

"Bütün Gürcüstan Müsəlmanları İdarəsi Gürcüstan və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, sizin  hər birinizin ailələrinə sülh, əminamanlıq, cansağlığı, xoşbəxtlik, ruzi və bərəkət arzulayır. Uca Allahdan diləyirik ki, Ramazan ayında tutduğunuz orucları və etdiyiniz ibadətləri öz dərgahında qəbul eləsin inşallah. Amin! 

Nəzərinizə çatdırırıq ki, Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze Batumi mərkəzi məscidində yerli müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib",-məlumatda deyilir.

ŞƏRH YAZ
0