Batumidə iki əcnəbinin meyiti tapılıb
14.05.2021 10:54
387
Kriminal
A
Batumidə iki əcnəbinin meyiti tapılıb

Batumi şəhərində Kobaladze küçəsində iki nəfərin meyiti aşkar olunub.

Aktual.ge xəbər verir ki, onlardan biri kişi, digəri qadındır.

Hər iki şəxsin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Yerli sakinlərin sözlərinə görə, kişi özünü 19-cu mərtəbədən atıb, qadının meyiti isə mənzildə tapılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, istintaq tədbirləri aparılır.

ŞƏRH YAZ
4