EBRD: Gürcüstanın qonşu ölkələrə elektrik enerjisi ixracı potensialı var
14.05.2021 18:18
244
İqtisadiyyat
A
EBRD: Gürcüstanın qonşu ölkələrə elektrik enerjisi ixracı potensialı var

“Gürcüstan strateji məkanda yerləşdiyindən regional enerji bazarlarına çox yaxşı çıxışı var”.

Aktual.ge xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen deyib.

Onun sözlərinə görə, Gürcüstan daxili istehsal baxımından daha dayanıqlı olarsa, qonşu ölkələrə elekrik enerjisi ixracı üçün potensialı yarana bilər.

Regional direktor bildirib ki, Gürcüstanda elektrik enerjisinin istehlakı artır/

“Gürcüstan hidroenerji resurslarının yalnız 20 %-ni istifadə edir. Ölkədə artan istehlakı təmin etmək üçün daxili istehsalı, o cümlədən, külək, günəş və su elektrik stansiyalarını da inkişaf etdirməlidir”, - deyə Byorlin bildirib.

K.Byorlin Hansen həmçinin EBRD-nin Gürcüstanda bərpa olunan enerji sahəsindəki layihələri dəstəkləməyə hazır olduğunu qeyd edib.

ŞƏRH YAZ
0