Marneulidə Ramazan bayramı tədbiri keçirilib - FOTO
14.05.2021 22:53
691
Din
A
Marneulidə Ramazan bayramı tədbiri keçirilib - FOTO

 

Ramazan bayramı münasibətilə 14 may tarixində Marneuli rayonununda yerləşən Mədəniyyət Evinin qarşısında bayram tədbiri keçirilib.

Aktual.ge xəbər verir ki, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) və Hz İmam Əli (ə.s) Xeyriyyə Fondunun təşkilatçılığı ilə baş tutan tədbir Qurani-Kərimin tilavət edilməsi ilə başlayıb.

Ramazan bayramı tədbirində ÜGMADİ sədri M.Əsədov açılış çıxışı edərək qonaqları salamlayıb və bayram münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edib.

Bayram tədbirinə Azərbaycan Respublikasının Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev və diplomatik korpusun əməkdaşları da qatılıb. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi Axund Əli Əliyev, Hz İmam Əli (ə.s)  Məscidinin axundu Hacı Hacıyev, Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, Marneuli Merinin müavini Kanan Ömərov, Gürcü Müsəlmanlar Birliyinin sədri Tariel Nakaidze və Acara bölgəsindən fəal müsəlmanlar və Marneuli sakinləri qatılıb.

Müxtəlif dini ilahilərin ifa olunduğu tədbirdə çıxış edənlər müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Ramazan bayramı tədbirinə qatılanlara su və şirniyyat ehsan edilib. 

 

 

ŞƏRH YAZ
3