Qiyamət qopur - Ölü sayı 139-a yüksəldi
15.05.2021 14:16
988
Dünya
A
Qiyamət qopur - Ölü sayı 139-a yüksəldi

İsrail tərəfindən Qəzza sektorunun atəşə tutulması nəticəsində azı 139 nəfər, o cümlədən həddi-büluğa çatmamış 39 şəxs həlak olub, 1 000-dən çox insan xəsarət alıb.

Aktual.ge "Saut-Al-Aqsa"radiostansiyasına istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

"139 insan həlak olub, onların arasında həddi-büluğa çatmamış 39 nəfər və 22 qadın var, 1 000-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıblar", - radiostansiya nazirliyə istinadən bildirib.

Qeyd edək ki, Qəzza sektorunda İsrail ordusu və Fələstin qruplaşmalarının qarşılıqlı raket atəşləri mayın 10-dan səngimək bilmir.

ŞƏRH YAZ
14