Bu nəqliyyat vasitələri üçün məcburi sürət məhdudlaşdırıcı qurğular quraşdırılır
16.05.2021 11:31
736
Maraqlı
A
Bu nəqliyyat vasitələri üçün məcburi sürət məhdudlaşdırıcı qurğular quraşdırılır

Bəzi nəqliyyat vasitələri üçün sürət məhdudlaşdırıcılarının quraşdırılması və istifadəsi məcburi olacaq.

Aktual.ge xəbər verir ki, bu barədə hökumətin qərarında qeyd olunur.

Xatırladaq ki, Hökumət, 2017-ci ildə hökumət "Bəzi mühərrikli nəqliyyat vasitələrində sürət məhdudlaşdırıcılarının quraşdırılması və istifadəsi haqqında" texniki qaydaları təsdiqləyib.

Beynəlxalq yük daşımalarda iştirak edən mühərrikli nəqliyyat vasitələri və/və ya ilk qeydiyyata alınmış nəqliyyat vasitələri üçün tənzimləmə tələbləri 31 dekabr 2017-ci il tarixində qüvvəyə minmişdir.

Hökümətin 11 may 2021-ci il tarixli qərarına əsasən, qaydalar artıq 1 iyun 2022-ci ildən etibarən Gürcüstanda ilk dəfə qeydiyyata alınacaq ölkənin daxili nəqliyyatında iştirak edən mühərrikli nəqliyyat vasitələrinə şamil olunacaq.

ŞƏRH YAZ
3