Kateqoriyalar
“Microsoft” şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.
Aktual.ge xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Qeyd olunub ki, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və hotel sahəsinə aid aksiyalar daxildir.
Xatırladaq ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.