Dmanisidə son vəziyyət - FOTO
17.05.2021 00:00
785
Hadisə
A
Dmanisidə son vəziyyət - FOTO

Bu dəqiqələrdə hadisənin baş verdiyi Dmanisi rayonunun mərkəzində yerləşən "Ömər" marketin qarşısında çox sayda etnik azərbaycanlılar toplaşıb və hadisədə zərərçəkən şəxslərə dəstəklərini ifadə edirlər.

Marketin satıcısı Səidə İsmayılovanın Aktual.ge xəbər portalına müsahibəsində bildirdiyinə görə, marketə əvvəlcə iki nəfər etnik svan daxil olaraq ondan nisyə pivə tələb ediblər. S.İsmayılova cavabında onun bunu etməyə hüququnun olmadığını bildirib.
Bundan sonra iki nəfər şəxs S.İsmayılovanı sözlü olaraq təhqir etməyə başlayıblar.
Axşam saat 17:00 radələrində isə bir neçə svan sözügedən marketin qarşısına gələrək azərbaycanlı gənclərə qarşı fiziki zorakılıq tətbiq ediblər.

Sakinlərin sözlərinə görə, belə bir hadisə ilk dəfə baş vermir. Onlar bildiriblər ki, svanlar küçədə qadın, kişi, uşaq fərq etmədən hər kəsi təhqir edərək güc tətbiq etməyə çalışırlar.

Marketin sahibi xəbər portalımıza verdiyi müsahibədə bildirib ki, svanlar əvvəlcə də bir neçə dəfə marketə girərək marketi dağıtmaq istəyiblər.
 

ŞƏRH YAZ
3