Dmanisidə marketin xanım satıcısından ürək dağlayan sözlər - Azərbaycanlılara qarşı bu ilk dəfədir deyil
17.05.2021 01:00
2084
Hadisə
A
Dmanisidə marketin xanım satıcısından ürək dağlayan sözlər - Azərbaycanlılara qarşı bu ilk dəfədir deyil

Gürcüstanın Dmanisi rayonunda "Ömər Market"in önündə baş verən kütləvi davanın təfərrüatlarını sözügedən mağazanın satıcısı Səidə İsmayılova etnik zəmində olduğunu ifadə edib.

Aktual.ge xəbər verir ki, marketin satıcısı Səidə İsmayılova bu cür insidentlərin tez-tez baş verdiyini bildirib.

Onun sözlərinə görə, mağazaya daxil olan gənclər nisyə pivə almaq istəyiblər: “Mağazanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər. Mübahisədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olarkən təqribən 60 nəfərlik kütlə mağazaya hücum edib”.

S.İsmayılova qeyd edib ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə deyil baş verir: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”.

Hazırda insidentin baş verdiyi ərazidə istintaq tədbirləri həyata keçirilir.

ŞƏRH YAZ
0