Dmanisidə baş verənlər ölkə gündəminə çevrildi -
17.05.2021 03:38
1934
Maraqlı
A
Dmanisidə baş verənlər ölkə gündəminə çevrildi - "Facebook" çalxalanır...

Dmanisi rayonunda etnik zəmində baş verən qarşıdurmadan sonra sözügedən hadisə ölkədə gündəm predmetinə çevrilib.

Aktual.ge xəbər verir ki, Dmanisi rayonunda baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar siyasi, ictimai və dini figurlar öz tənqid və rəylərini "Facebook" sosial şəbəkəsində bildirib.

16 may tarixində Dmanisidə nələr baş verdi?

16 may günün ikinci yarısında Dmanisi rayonunda yerləşən "Ömər Market"ə sərhoş halda 2 nəfər daxil olaraq satıcı xanımdan nisiyə piyvə istəyiblər, satıcı isə onlara müdürdən icazəsiz belə bir hüququnun olmadığını bildirib. Bundan sonra 2 nəfər kassir xanımı təhqir və təhdid edib. Daha sonra mağazaya gələn satıcı xanımın qaynatası həmin 2 nəfər tərəfindən fiziki şiddətə məruz qalıb. Dərhal polisə zəng edilib və polis satıcı xanımı eləcə də, qaynatasını ifadəsini almaq üçün bölməyə aparıb. Satıcının sözlərinə görə, bu vaxt təqribən 60 nəfərlik bir qrup mağazalarına hücum edərək dağıdıblar və onun 3 həmçinin 15 yaşlı övladlarınıda döyüblər eləcə də, mağazanın qarşısında olan bir neçə nəfərədə fiziki xəsarət yetiriblər. Mağaza sahibi və yerli sakinlər Aktual.ge-nin əməkdaşı ilə söhbətləri zamanı bildiriblər ki, bütün bu baş verənlər "Svanlar" tərəfindən etnik zəmində olur və bu kimi hallar sıx-sıx təkrarlanır Dmanisidəki azərbaycanlılara qarşı. Dmanisi polisi hazırda bir neçə nəfəri saxlayaraq, ifadəsini alır.

 Deputat Qoqi Meşveliani:
 GAK sədri Hüseyn Yusubov:
 Şeyx Hacı Ramin İgidov:
 VMH Marneuli qərargahının sədri Aqil Mustafayev:
 "Avropalı Gürcüstan" partiyasının Marneuli qərarga:
 GAIB rəhbəri:
 İctimai fəal Samira Bayramova:
ŞƏRH YAZ
4