Müfti Dmanisidə baş verənlərə kəskin reaksiya verdi
17.05.2021 11:08
748
Siyasət
A
Müfti Dmanisidə baş verənlərə kəskin reaksiya verdi

"Gürcüstanın Dmanisi rayonunda yaşanan insident Bütün Gürcüstan Müsəlmanları İdarəsi olaraq bizləri də narahat etməkdədir".

Aktual.ge məlumat verir ki, bunu BGMİ-nin şərqi-Gürcüstan müftisi Etibar Eminov ötən gün Dmanisidə baş verən hadisəyə özünün sosial şəbəkəsində münasibət bildirərkən söyləyib.

"Bütün Gürcüstan Müsəlmanları İdarəsi olaraq bu hadisəni qınayır və məsul orqanlardan bu hadisə ilə maraqlanıb səbəbkarların cəzalarının verilməsini tələb edirik. Bu cür hadisə tolerantlığı ilə dünyada nümunəlik təşkil edən Vətənimiz Gürcüstan üçün mənfi bir göstəricidir",- deyib Din xadimi.

ŞƏRH YAZ
4