DİN Dmanisidəki kütləvi dava ilə bağlı istintaq aparır
17.05.2021 11:43
174
Hadisə
A
DİN Dmanisidəki kütləvi dava ilə bağlı istintaq aparır

“Ötən gün Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir”.

Aktual.ge xəbər verir ki, bunu Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze deyib.

O, istintaqın zorakılıq maddəsi üzrə aparıldığını bildirib.

“Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”, - deyə nazir müavini bildirib.

Nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini vurğulayıb.

Xatırladaq ki, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svan əsilli gürcülər taxta və dəmir dəyənəklərlə hücum edərək obyektdə dağıntılar törədiblər və bir neçə nəfərə ağır xəsarətlər yetiriblər.

ŞƏRH YAZ
1