ŞAD XƏBƏR - Daha bir məhdudiyyət aradan götürüldü
17.05.2021 13:23
1329
Maraqlı
A
ŞAD XƏBƏR - Daha bir məhdudiyyət aradan götürüldü

Bu həftədən etibarən Gürcüstanda restoran və kafelər həftəsonları da fəaliyyət göstərəcəklər.

Aktual.ge xəbər verir ki, bu barədə qərar İdarələrarası Koordinasiya Şurasının iclasında qəbul olunub.

Qərara əsasən, ictimai iaşə obyektləri şənbə-bazar günləri müvafiq qaydalara uyğun olaraq müştəriləri yalnız açıq havada qəbul edə biləcəklər.

Qeyd edək ki, bu günədək ölkədə kafe və restoranların həftəsonları işləməsi qadağan idi, onlar yalnız çatdırılma xidməti göstərirdilər.

ŞƏRH YAZ
1