Nazir məhdudiyyətlərin yüngülləşdirilməsindən danışdı - Bu tarixdən etibarən...
17.05.2021 14:12
758
Siyasət
A
Nazir məhdudiyyətlərin yüngülləşdirilməsindən danışdı - Bu tarixdən etibarən...

"Bu həftəsonundan etibarən qaydalara uyğun olaraq açıq şəraitdə fəaliyyət göstərmək mümkün olacaq və çox ümid edirik ki, 1 iyun tarixindən etibarən daha cəsarətli addımlar ataraq məhdudiyyətlərdə daha çox yüngülləşdirmələr aparacağıq".

Aktual.ge xəbər verir ki, bunu İqtisadiyyat və Davamlı inkişaf naziri Natia Turnava Koordinasiya Şurasının iclasından sonrakı brifinqdə deyib.

Onun sözlərinə görə, restoranlar bu həftə sonu qaydalara riayət etməklə açıq şəraitdə fəaliyyət göstərə biləcəklər.

"Çox ümid edirik ki, 1 iyun tarixindən etibarən daha çox mədudiyyət azaldılacaq, Bu, əlbəttə ki, epidemioloji vəziyyətin əlverişli olmasından asılıdır", deyə Natia Turnava bildirib.

ŞƏRH YAZ
2