Nazir:
17.05.2021 15:12
1147
Siyasət
A
Nazir: "Dmanisidə yaranmış qarşıdurmanın qarşısının alınması mümkün olmadı"

"Çox təəssüf ki, hadisələri kontrol etmək, insanların qarşısı alınması və Dmanisidə yaranmış qarşıdurmanın qarşısının alınması mümkün olmadı". 

Aktual.ge xəbər verir ki, bunu Daxili İşlər Naziri Vaxtanq Qomelauri Dmanisiyə səfərində jurnalistlərə baş verənlərlə bağlı açıqlamasında söyləyib.

O qeyd edib ki, Dmanisiyə əlavə qevvələri səfərbər etməyə məcbur olduq.

"Qanunu pozanların hamısı cəzalandırılacaq.
Baş verənlər çox təəssüf yaradır. Hadisə ilə əlaqədar istintaqa dünən başladıq, qanunu pozanlar hamısı tam şəkildə cəzalandırılacaqlar. Müəyyən qruplar bu mübahisəni etnik mübahisəyə çevirməyə çalışırlar. Həm etnik azərbaycanlılar, həm də gürcülər bizim vətəndaşlarımızdır və onlar əsrlər boyu birlikdə yaşayırlar. Hamısı bizim qardaşlarımızdır və biz, bu qarşıdurmaya imkan verməyəcəyik",-deyə V.Qomelauri bildirib.

Qeyd edək ki, hazırda Dmanisidə situsiya biraz sakitləşib. Daxili İşlər Naziri Vaxtanq Qomelauri, Kvemo Kartli bölgə qubernatoru Şota Rexviaşvili, Millət vəkili Qoqi Meşveliani və digər bir sıra rəsmi şəxslər hazırda polis binasının daxilində ehtimalkı bir sıra müzakirələr aparır.

ŞƏRH YAZ
19