Qriqol Liluaşvili:
17.05.2021 15:22
785
Maraqlı
A
Qriqol Liluaşvili: "Dmanisidəki hadisələrlə əlaqədar bir neçə nəfər həbs olunub"

"Hazırda Dmanisidə vəziyyət sakitdir".

Aktual.ge xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili deyib.

Q.Liluaşvili bildirib ki, müvafiq şəxslər münaqişə tərəfləri ilə dialoqlar keçirirlər.

“Hadisə ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Ağır yaralananlar barədə məlumatımız yoxdur. Baş vermiş hadisələr etnik zəmində başlayan münaqişə kimi təsvir edilməməlidir. Kim bunu etməyə çalışırsa, bu ölkənin düşmənidir və daha ağır cəzalandırılacaqlar, çünki adi zəmində qarşıdurma olub və bu barədə heç bir təhrik olmamalıdır. Bu ölkəmizin dəyirmanına su tökmür”, - deyə Qriqol Liluaşvili bildirib.

ŞƏRH YAZ
11