Dəhşət dolusu iddialar - Bolnisidə yaşlı adam məscidin təmirinə qarşı çıxır... 
01.06.2021 13:22
1363
Siyasət
A
Dəhşət dolusu iddialar - Bolnisidə yaşlı adam məscidin təmirinə qarşı çıxır... 

Bolnisi rayonunun Qoşaisə kəndində yeni tikilmiş Məscidin təmir işlərinin həyata keçirilməsinə kəndin bir ağsaqqalı qarşı çıxır.

Bunu Aktual.ge Xəbər Portalı ilə söhbəti zamanı sözügedən məscidin tikintisini maliyyələşdirən iş adamı Babək Niyazov deyib: 

"İnsan heç vaxt Allahın evinə küfür etməz, Allahın evini uçutduracam, şikayət etdirib uçutduracam sözlərini söyləməz. Məscid artıq tikilibdir və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin balansındadır, hər şey rəsmidir. Hazırda məsciddə Cümə namazları qılırıq, ancaq tam təmir işləri yekunlaşmayıbdır. Buna sadəcə qarşıduran 60 yaşlı bir nəfər paxıl insandır. Mən bundan əvvəl kəndin mərkəzinə nafes tikdim... Elə o zamanlarda həmin şəxs maneəçiliklər törətdi ki, bunun burada xeyri var ona görə tikdirir. Qəbristanlığın ətrafına hasar çəkdirdim ona da maneəçilik törətdi və xalqı üzərimə qaldırdı ki, özünün xeyri var ona görə hasar çəkdirir. İndi də Məscid tikib təmir etdiririk, ancaq bunun əleyhinə çıxır. Mənim bu işləri görməmdə heç bir xeyrim yoxdur, Qoşaisə kəndi mənim ana yurdumdur".


Bolnisi rayonunun Qoşaisə kənd sakini Ramiz Məmmədov isə iş adamının iddialarına Aktual.ge-nin əməkdaşı ilə söhbəti zamanı belə deyib:

"Mən məscidin tikilməsinin ya təmir olunmasının əleyhinə deyiləm, amma əgər o məsciddirsə. O adam xeyriyyəçi fılan deyil. Kim məscidi istəmir? Saqqallıları yığıb bura gətirib. Təki məscid tikilsin, mən müsəlmanam, o, hər yola əl atır, onu bu kəndə mən gətirib torpaq vermişəm İndi isə o, məni şikayət edib. Niyə mənim əlimdən şikayət edir? Bizim kəndin dəmir hovuzunu gətirib öz yanından həmin oraya bastırır. Bununla bağlı bütün kənd ayağa qalxmışdı. Mən də dedim sənin bu dəmir hovuzla nə işin var apar onu geri yerinə yerləşdir. Və bundan sonra başladı mənim mübahisəyə".

ŞƏRH YAZ
6