Tbilisidə azyaşlılar arasında Qurani-Kərimin üzündən oxunması üzrə yarış keçirilib 
01.06.2021 19:23
356
Din
A
Tbilisidə azyaşlılar arasında Qurani-Kərimin üzündən oxunması üzrə yarış keçirilib 

Tbilisidə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qızlar arasında 5-ci Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunub.

Aktual.ge məlumat verir ki, keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən ümumilikdə 100 şagird 29 və 30 cüzlərdən hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıblar.

“Əhli-beyt” məscidində keçirilən yarış məscidin axundu Hacı Rahid Kərimovun Quran tilavəti ilə açıq edan edilib. Sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov öncə şagirdlərə uğurlar diləyib,

Sonra müsabiqədə iştirak edən azyaşlılara yarış haqqında məlumat verilib.

Yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlərin (qaliblərin) BGMİ tərəfindən fəxri fərman və pul mükafatları ilə qiymətləndiriləcəyini bildirib.

Qeyd edək ki, ümumilikdə yarış üçün 5 000 lari məbləğində pul 60 nəfərə (13 şagird və 13 ustadına) mükafat olaraq nəzərdə tutulub.

100 NƏFƏR SEÇKİN QURAN KURSU TƏLƏBƏLƏRİ ARASINDA YARIŞ KEÇİRİLİB

 

 

 

 

ŞƏRH YAZ
1