"O adam ki, məscidin təmirinə qarşı çıxır və onu təmir etdirmək istəyən insanı tutdurmaq istəyir həmin adam ağsaqqal ola bilməz".
Bu sözlərlə Aktual.ge Xəbər Portalına Bolnisi rayonunun Qoşaisə kəndinin deputatı Rəsul Bəxtiyarov kəntdə Məscidin təmiri ətrafında yaranmış müvafiq məsələlərlə əlaqədar açıqlama verib.
Onun sözlərinə görə, kənd sakini Ramiz Məmmədovun söylədikləri tamamilə yalandır.
"Bu insanın bütün meyli, fikiri pisliyə yönəlib. Babək Niyazov çox xeyriyyəçi və xeyir sevər biridir, çətinlikdə olan hər bir insanın əlini tutan biridir. Qoşaisə kəndinin qəbristanlığının ətrafına öz hesabına hasar çəkdirib, kəndin mərkəzində nafes tikdirib, Molla Əhməd kəndində xeyriyyə işləri görüb",-deyə o qeyd edib.
Qoşaisə kəndində Ramiz Məmmədovdan başqa məscidin təmir olunmasına qarşı çıxan insanlar var mı?
"Xeyr, onun yanında, ancaq 3-4 nəfər ola bilər, hansılar ki, onun dediklərinə aldanır",-deyə o, cavablayıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Bolnisi rayonunun Qoşaisə kəndində iş adamı Babək Niyazov Məscid tikdirib Bütün Gürcüstan Müsəlmanları İdarəsinə balansına verib. Hazırda isə o, həmin məscidin təmir işlərini həyata keçirmək istəyir, ancaq onun iddia etdiyinə görə, kənd sakini R.Məmmədov buna qarşı durur. R.Məmmədov isə iddia edib ki, mən məscidin tikilməsinin ya təmir olunmasının əleyhinə deyiləm, amma əgər o məsciddirsə.