Ombdusman açıqladı: Ninotsminda uşaq evində yaşayan bütün yetkinlik yaşına çatmayanlar...
07.06.2021 00:59
538
Siyasət
A
Ombdusman açıqladı: Ninotsminda uşaq evində yaşayan bütün yetkinlik yaşına çatmayanlar...

Xalq Müdafiəçisi (Ombdusman) Nino Lomjaria, Ninotsminda internat məktəbinin alternativ qayğıya köçürülmüş 6 şagirdi ilə görüşüb.

Aktual.ge xəbər verir ki, o, görüşdən sonra deyib ki, uşaqlar fiziki cəza və psixoloji zorakılıq faktlarını xatırladılar və bunların daha çox uşaqlıq illərində baş verib.

"Bu gün Ninotsminda Uşaq Şurasının könüllü şəkildə alternativ qayğıya keçən 6 uşağı ilə tanış oldum. Hamısı sakit və təhlükəsiz bir mühitdədir, fasiləsiz dəstək xidmətləri göstərilir. Uşaqlaraın sözlərinə görə, özlərini yaxşı hiss edirlər və alışmaqda çətinlik çəkmirlər yeni mühitə və digər uşaqlar kimii. Yetkinlik yaşına çatmayanlar mənimlə Ninotsminda internat məktəbində keçirdiyi illər barədə ətraflı danışdılar. Əsasən uşaqlıq illərində baş verdiklərini dedikləri, fiziki cəza və psixoloji zorakılıq faktlarını xatırladılar. Bu mərhələdə ilk növbədə bioloji ailədəki bütün uşaqların vəziyyətini hərtərəfli qiymətləndirmək, onların ailələrinə mümkün qayıdışını planlaşdırmaq və ailələri möhkəmləndirmək üçün addımlar atmaq xüsusilə vacibdir.

Uşaqlarla edilən müsahibə məni əmin etdi ki, Ninotsminda uşaq evində yaşayan bütün yetkinlik yaşına çatmayanlar öz yerlərini dövlətin mənafeyi naminə tərk etməli və dövlət ailələrdə və ya dövlətin nəzarəti altında olan ailələrə qulluq müəssisələrində onların ehtiyac və mənafelərinə uyğun ləyaqətli bir mühit yaratmalıdır",-deyə N.Lomjaria qeyd edib.

Ombdusman əlavə edib ki, Ninotsminda internat evindən evakuasiya edilmiş uşaqların vəziyyətini və ehtiyaclarını izləməyə davam edəcəyik və hələ internatda olan bütün uşaqların hüquqi vəziyyətini araşdıracağıq.

ŞƏRH YAZ
0